Əsas səhifə » Yuxuda qarğa görmək necə yozulur

Yuxuda qarğa görmək necə yozulur

Azer Voice

Bakı,AzerVoice

Yuxuda qarğa görmək kobud, yalançı, sözünün üstündə durmayan vecsiz insana işarədir.Bu yuxu eyni zamanda yalançı və təkəbbürlü bir insana işarədir.

Yuxuda ağac budağında qarğa görmək qürbətə gedəcəyinizə, dostlarınızdan, ailənizdən ayrı düşəcəyinizə işarədir.

Yuxuda qarğanın sizinlə danışdığını görmək, tanımadığınız adamdan yaxşı xəbər alacağınıza və ya xoş xəbər alacağınıza işarədir.

banner

Yuxuda bir dəfə qarğanın qarıldadığını görmək yaxşılığa yozulur. Onun iki dəfə qarıldadığını eşitmək pis xəbər, üç dəfə qarıldadığını eşitmək yaxşı xəbərdir.

Dörd dəfə qarıldadığını görmək, kədər və qammaya işarə edər.

Bir insanın yuxuda ona qarğa verildiyini görmək sevinməyə, qürurlu və xeyirxah olmağa işarədir.

Yuxuda qarğanın öldüyünü və ya yer qazdığını görmək yuxu görənin yad ölkədə öləcəyinə işarədir.

QARĞA balası: Yuxuda qarğa balası görmək – yoxsulluğa və ehtiyaca, ailədən, qohumlardan uzaq olmağa işarədir.

Bu yuxunu qürətdə olan və kasıb biri görərsə,, mənası əksinədir. Bu dəfə ehtiyacdan, var-dövlətdən qurtulmağa və ailə üzvlərinə çatmağa işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice