Əsas səhifə » Yuxuda qəbiristanlıq görmək nə deməkdir?

Yuxuda qəbiristanlıq görmək nə deməkdir?

Azer Voice

Bakı, AzerPress:

Yuxuda qəbiristanlıq görmək Quran oxumağa, ağlamağa, ibrət almağa, ölümü xatırlamağa, qorxmağa,axirətə yönəlməyə işarə edir. Çünki ölüm ən böyük vaizdir.

Yuxuda qəbiristanlıq görmək həm də alimlərə və möminlərə, hökmdar məmurlarına və igid müsəlman əsgərlərinə işarədir.

Yuxuda islam dininə aid qəbiristanlıq görmək müsəlman mücahidlərin çadırlarına və ordunu qarşılamağa hazırlaşmalı olduqlarına işarə edir.

banner

Qəbiristanlıq buraya gələn cənazə və meyitlər üçün zindan olduğu üçün yuxuda kafirlərə aid qəbiristanlıq görmək kədər və qəm, qorxu, dində şübhə, tənha və kimsəsiz zindan kimi də yozulur.

Yuxuda xəstənin qəbiristanlığa girib orada bina tikdiyini görmək xəstəlikdən qurtula bilməyəcəyinə, öləcəyinə işarədir.

Yuxuda qəbiristanlığa girdiyinizi, qorxudan ağladığınızı, Quran oxuduğunuzu və ya qibləyə üz tutub namaz qıldığınızı görmək xeyirxah insanlara, zikr məclislərinə, ibadətə işarə edir.

Azan oxuyub qəbiristanlığa girdiyinizi görmək moizə və nəsihətdən anlayan birinə nəsihət edəcəyinizdən xəbər verir.

İmam Cəfər Sadiq (ə.s) bildirib ki, yuxuda ölüyə yol göstərdiyini görmək, elm və hikmət əldə etməyə və öyrəndiyiniz bu elmlə xalqa hidayət edəcəyinizə işarə edir. O, həmçinin deyib ki, yuxuda döşəkçədə oturub ölü ilə qucaqlaşdığınızı görmək uzunömürlülüyə yozulur.

İbn-i-Sirin isə yuxular haqqında bildirib ki, yuxuda ölən birinin sizə yuyulmuş paltar verdiyini görmək ruzinizin artacağına, zənginliyə yozulur, lakin ölü sizə özünün deyil, başqasının paltarını verərsə və sizin həmin paltarı geyinib sonra geri qaytarmanız ailənizdən birini itirəcəyinizə işarə edir.

Yuxuda ölən birinin sizə dünyanın ən faydalı şeylərindən birini verdiyini görmək gözlənilməz yerdən gələcək xeyir və bərəkətə yozulur.

Yuxuda ölən adamın sizə çörək verdiyini görmək gözlənilməz yerdən ruzi gələcəyinə işarədir.

Yuxuda ölən birinin əlindən çalma aldığınızı görmək xeyirli şeylərə işarədir. Ölən adamın sizə qarpız verdiyini görmək isə qəm, qüssə, kədərə yozulur.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice