Əsas səhifə » Yuxuda namaz qılmaq necə yozulur?

Yuxuda namaz qılmaq necə yozulur?

admin

Bakı, AzerPress:

Yuxuda namaz qıldığınızı görmək yeddi mənaya yozulur.

Birincisi odur ki, yuxu sahibi qibləyə tərəf namaz qıldığınızı görərsə, bu yuxu onun şəriət qanunlarına əməl etdiyinə dəlalət edər.

Əgər yuxu sahibi ağ paltar geyindiyini, qiblədən başqa istiqamətə namaz qıldığını və Quranı düzgün oxuduğunu görsə, bu ziyarətə işarədir.

banner

İkincisi əgər yuxuda günorta namazını qıldığınızı görərsinizsə, bu vaxtınızın xeyirli keçəcəyinə, arzularınızın gerçəkləşəcəyinə, ruzi və sərvətinizin artacağına işarədir.

Əgər yuxu sahibi ikindi namazını qıldığını görərsə, bu yuxu sıxıntı və bəlalardan sonra rahatlığa və arzuladığı nəticəyə çatacağına dəlalət edir.

Yuxuda axşam namazının qılındığını görmək, yuxu sahibinin dilədiyi hər şeyə çatmağına işarədir.

İşa namazının qılındığını yuxuda görərsinizsə, bu qohumlarla yaxşı və xoş münasibətə, rahatlıq və xoşbəxtliyə işarədir.

Yuxuda sübh namazının qılındığını görmək halal mallara, çoxlu ruziyə və arzuya çatmağa işarədir.

Yuxu sahibi bütün gecəni namaz qıldığını görərsə, bu dünya və axirət səadətinə işarədir. Yuxu dünyada və axirətdə böyük xeyir və gözəllik əldə etməyə işarədir.

Yuxuda Məsciddə namaz qıldığınızı görmək, savabınızın çox yüksək olacağına, duanızın qəbul olunacağına, günahlarınızın bağışlanacağına, bilik və hikmət əldə edəcəyiniz mənasına yozular.

Yuxu sahibi Fitr bayramı namazı qıldığını görərsə, bu, borcunu ödəyəcəyinə, xəstədirsə şəfa tapacağına, zəngin olacağına işarə edir.

Əgər bir kimsə yuxuda Qurban bayramı namazı qıldığını görərsə, bu yuxu dövlət qulluğuna, haqqa, müdafiə və icraya işarədir.

Yuxuda namaz qılarkən sağa-sola baxdığınızı görmək, dünya nemətlərinə uymaq deməkdir. Var-dövlət və zinət istəməyə, axirət nemətlərindən üz döndərməyə işarədir.

Əgər yuxuda yəhudi və xristianların qibləyə tərəf namaz qılmalarını görərsinizsə, bu yuxu əqidə və dinin, bidətin fəsadına dəlalət edər.

Digər Kateqoriyalar

2023 © AzerVoice