Əsas səhifə » Yuxuda güzgü görmək necə yozulur?

Yuxuda güzgü görmək necə yozulur?

admin

Bakı. AzerPress:

Yuxuda güzgü görmək təxəyyül və qürurla əlaqələndirilir. Yuxusunda cilalanmış və aydın bir güzgüyə baxdığını görən insan qəm, qüssə və sıxıntıdan azad olar.

Yuxuda tək adamın güzgüyə baxdığını görmək onun üçün yaxşı xəbərdir. Çünki bu yuxu evlənəcəyinizə işarədir.

Yuxuda qızıldan hazırlanmış güzgü görmək, zənginliklə ifadə edilir.

banner

Saqqalı olmayan şəxs yuxuda güzgüdə saqqalının qaraldığını görsə, bu yuxu onun dünya əhli tərəfindən qəbul olunduğuna və əzəmətinə dəlalət edir.

Yuxuda güzgüdə gözəl sima görmək xoşbəxtlik və sevincə, çirkin üz görmək isə kədərə və qəm-qüssəyə dəlalət edir.

Yuxuda güzgü görmək, yuxu sahibinin yüksəlib mövqe qazanacağına işarədir.

Əgər məhbus yuxuda öz üzünü görsə, həbsdən azad olacağına işarədir.

Yuxuda gümüş güzgüyə baxdığınızı görmək sıxıntı, kədər və qorxu ilə əlaqələndirilir. Qızıl güzgü isə bunun əksidir və dində gücə işarə edir.

Yuxuda özünü güzgüdə qadın kimi görmək qız övladına yozulur. Əgər həmin şəxsin həyat yoldaşı hamilədirsə, qızı dünyaya gələcək. Əgər subay adam bu yuxunu görsə, evlənəcəyinə işarə edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice