Əsas səhifə » Yuxuda divar görmək necə yozulur?

Yuxuda divar görmək necə yozulur?

Aytac Suleymanova

Bakı. AzerPress:

Yuxuda divar görmək, güclü olmağa işarədir. Əgər yuxu sahibi yuxuda divarın yıxıldığını görərsə, bu yuxu sərvətə işarədir.

Yuxuda kərpic divar hördüyünüzü görərsinizsə, bu yuxu xeyirli işlərə yozulur.

Yuxu sahibi şəklinin divarda asıldığını görərsə, bu yuxu həmin şəxsin ölümünə işarədir.

banner

Yuxuda dağılmış və ya yıxılmış divar görmək dostlara, kədərli insana və ya böyük alimə işarədir.

Yuxuda şəhər və qəsəbə divarları görmək əsgər və zabitlərə dəlalət edir.

Bir kimsə yuxuda köhnə divarı təmir etdiyini görərsə, bu yuxu evlilik yolu ilə baş verəcək qohumluğa işarədir.

Evin içərisində divarın uçduğunu görmək ev sahibinin xəstə olduğuna işarə edir. Evdən kənarda divarın uçduğunu görmək isə ev sahibinin ölümünə işarədir və yaxud ev sahibi səfərdə olsa, evə qayıdacağına dəlalət edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice