Əsas səhifə » Yuxuda dəvə görmək necə yozulur?

Yuxuda dəvə görmək necə yozulur?

Aytac Suleymanova

Bakı. AzerPress:

Yuxuda erkək dəvə görmək bəlanın çoxluğuna və düşmən tərəfindən qəm-qüssəyə məruz qalmağa dəlalət edir.

Bir kimsə yuxuda dişi dəvə sahibi olduğunu görərsə, bu yuxu həmin şəxsin yüksək rütbəyə gəlməsinə və böyük qüdrətə işarə edir. Eyni zamanda bu yuxu, dini və dünyəvi firavanlığa işarədir.

Yuxu sahibi yuxuda özünün dəvə minib sürətlə yeridiyini görərsə, bu yuxu səfərə çıxmağa dəlalət edir.

banner

Bir insan yuxuda dəvə yunu aldığını görərsə, bu yuxu onun əmlak əldə edəcəyinə işarədir, ancaq bu əmlak daimi deyil.

Həyat yoldaşı olmayan qadın yuxuda özünün dəvə mindiyini görsə, bu yuxu onun tezliklə ailə quracağına işarədir, yox əgər yoldaşı varsa və səfərdədirsə, bu yuxu həyat yoldaşının qayıdacağına işarə edir.

Bir şəxs yuxuda erkək dəvənin ət yediyini və ya evlərə girib naməlum şeylər yediyini görərsə, bu yuxu camaatın başına gələcək yoluxucu xəstəliklərə işarə edir.

Yuxuda özünü dəvə minərkən görmək həccə getməyə, dəvədən düşmək səfər zamanı xəstələnib səfərə davam edə bilməməyə, dəvədən yıxıldığını görmək təhlükəyə düşməyə, xətalara düçar olmağa, iki dəvənin döyüşməsini görmək isə iki dövlət arasında müharibəyə işarədir.

Əgər yuxu sahibi yuxuda dişi dəvənin yelinindən süd axdığını görərsə, bu, həmin il bol və bərəkətli günlərə işarə edir.

Yuxuda əlinizdə buynuzlu dəvə tutduğunuzu görmək düşmən üzərində qələbəyə işarədir. Əgər xəstə evində dəvə olduğunu görsə, xəstəlikdən sağalmağa işarədir.

Yuxuda dəvə otarmaq rütbənin yüksəlməsinə, dəvə sağmaq isə çoxlu sərvət və ruziyə dəlalət edir.

Bir kimsə yuxuda erkək dəvə kəsib qurban kəsdiyini görərsə, bu yuxu rahatlığa, sevincə və bolluğa işarədir.

Yuxuda özünün dəvədən yıxıldığını görmək yoxsulluğa, dəvənin ayağı ilə insanı vurduğunu görmək isə xəstəliyə işarə edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice