Əsas səhifə » Yuxuda dəstəmaz almaq necə yozulur?

Yuxuda dəstəmaz almaq necə yozulur?

Azer Voice

Bakı,AzerVoice

Yuxuda dəstəmaz almaq nə deməkdir? Məlumdur ki, dəstəmaz namaz qılmaqan əvvəl yerinə yetirilir və təmizlik üçün vacib sayılan əməllərdənm biridir. ( Su olduğu halda) Təmizlik isə, imandandır. Yuxuda dəstəmaz aldığını görmək yaxşılığa, xoşbəxtliyə, çətinliklərin aradan qalxmasına işarədir. Bu yuxunu görən şəxs xəstədirsə, şəfa tapar, günahkardırsa, tövbə edər, yaxşı tərəfi artar, hər cür xoşbəxtliyə nail olar.Dəstəmaz gözəlliyin, təmizliyin, yaxşılığın, əmin-amanlığın və təhlükəsizliyin açarıdır.

Tanınmış islam alimlərindən biri olan Əbdül –Qəni ən- Nablusu yuxuda dəstəmaz görmək haqqında belə deyir:

“ Yuxuda dəstəmazlı halda yenidən dəstəmaz aldığını görmək rəhmət üzərinə rəhmət, bərəkət üzərinə bərakətə dəlalət edir. Yenə kim yuxusunda soyuq zirzəmidə dəstəmaz və ya qüsl aldığını görsə, itirdiyini tapar. Namaz qıldığını görsə, qəm və qəmdən uzaq olar, sıxıntılardan canı qutarar. Sudan başqa bir şeylə dəstəmaz aldığınızı görmək təqva əlamətidir. Namaz üçün dəstəmaz aldığınızı görmək mənəviyyat və müqəddəsliyə dəlalət edir.

banner

Yuxuda süd və ya bal ilə dəstəmaz aldığınızı görmək din baxımından sülhə dəlalət edir.

Dəstəmaz aldıqdan sonra əlinizlə dəstəmaz suyunu içdiyinizi görmək xeyir və bolluğa, xəstəlikdən şəfaya, qorxudan əmin-amanlığa çıxmağa dəlalət edir.
Ticarətçi birisinin yuxuda tacirin dəstəmazsız namaz qıldığını görmək, sərmayəsiz mal qazanacağına işarədir.
Yatağınızda dəstəmaz aldığınızı, ayağa qalxa bilmədiyinizi görmək, həyat yoldaşınızdan və ya dostunuzdan ayrılacağınıza işarədir.

Yuxuda dəstəmazın pozulması nə deməkdir?

Yuxuda dəstəmazın pozulduğunu görmək ,bəladan, , kədərdən qurtulmaq deməkdir. Yuxuda dəstəmaz aldığı yeri bilməmək, malını boş yerə sərf etmək deməkdir. Yenə bir yerdə dəstəmaz aldığını və üstünü torpaqla örtdüyünü görmək, bir yerdə mal gizlətdiyinə dəlalət edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice