Əsas səhifə » Yuxuda dəniz görmək necə yozulur?

Yuxuda dəniz görmək necə yozulur?

admin

Bakı, AzerPress:

Yuxuda dəniz görmək qüdrətli, cəsur və mərhəmətli, ədalətli sultana, dövlət başçısına işarədir. Əgər yuxu sahibi yuxuda dənizdən su götürərsə, bu xeyli pula qənaət edəcəyinizə işarədir.

Yuxuda dənizdən su içdiyinizi görmək içdiyiniz miqdarda elm və ədəb qazanacağınıza, dünyanın gözəl nemətlərinə sahib olacağınıza və yuxu görənin ömrünün uzun olacağına işarədir.

Yuxuda bir kimsə dənizin bütün suyunu içdiyini görərsə, ömrü uzanar. Dəniz suyundan içib özünü qan içində görən isə mal-mülk əldə etməklə zəngin, uzunömürlü və güclü olur.

banner

Yuxuda dənizi son damlasına qədər içdiyinizi görmək, yuxu sahibinin işlərində uğur qazanacağına işarədir. Dənizdən duzlu su içmək haram mal, şirin su içmək halal mal əldə etmək kimi yozulur.

Dənizdən qaynar su içdiyini görən bəla və sıxıntıya düşər. Əgər yuxu sahibinin içdiyi su pis qoxulu və dadı pis olarsa, bu düşmənə məğlub olacağına işarədir.

Yuxuda dənizin üzərində gəzdiyinizi görmək, səfərə çıxmaq, qəmdən qurtulmaq, böyük xeyir kimi yozulur. Dənizi başdan sona yarmaq hüzur və səadətə qovuşmaq kimi yozulur.

Yuxuda dənizdə çimdiyinizi görmək günahdan, səhvlərdən, kədərdən, qəmdən qurtulmaq deməkdir. Xəstə bir kimsə dənizdə çimib dəstəmaz aldığını görərsə, Allah Təala ona şəfa verər. Əgər borclu bir adam dənizdə çimdiyini görərsə, bu yuxu borc, bəlalardan qurtulacağına yozulur.

Yuxu sahibi dənizdə üzdüyünü görərsə, bu yuxu onun arzularına çatacağına işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice