Əsas səhifə » Yuxuda çəyirtkə görmək necə yozulur?

Yuxuda çəyirtkə görmək necə yozulur?

Aytac Suleymanova

Bakı. AzerPress:

Bir insan yuxuda uçan çəyirtkə görərsə, bu yuxu əsgərə, bişmiş çəyirtkə görərsə qızıl və gümüş pula, mal və mülkə işarədir.

Bəzən yuxuda görülən çəyirtkə ilahi orduya yozulur. Çünki çəyirtkə Musa peyğəmbərin möcüzələrindən biridir. Bu səbəblə yuxuda bir yerdə çəyirtkə peyda olmasını və ya əzabla səmada uçmasını görmək zalım əsgərə dəlalət edir.

banner

Yuxuda bir yerdə çəyirtkə dəstəsi görmək o yerə Allahdan gələcək bəla və əzaba işarə edir. Yuxuda çəyirtkə tutduğunu görmək isə zənginliyə işarədir.

Əgər yuxuda çəyirtkə sürüsünün gəldiyini görərsinizsə, bu yuxu Allahu Təalanın əzabının gələcəyinə işarədir.

Bir kimsə yuxuda öz torpağında və ya əkinində çəyirtkə görərsə, bu yuxu çətinliyə və işsizliyə dəlalət edir.

Yuxuda çəyirtkəni götürüb stəkan və ya küpəyə qoyduğunuzu görərsinizsə, bu yuxu sərvət qazanacağınıza və bu sərvətin qadınlara xərclənəcəyinə işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice