Əsas səhifə » Yuxuda bulud görmək necə yozulur?

Yuxuda bulud görmək necə yozulur?

Aytac Suleymanova

Bakı. AzerPress:

Yuxuda bulud görmək bütün bəşəriyyətin həyatı və xilası olan İslama işarədir.

Bir kimsə yuxusunda bulud görərsə, bu yuxu onda mövcud olan fəzilət və hikmətə əsaslanan elmə, hikmətə və mərifətə dəlalət edir.

Yuxuda səmada buludların hərəkət etdiyini görmək alimlər və hökmdarlarla söhbətə işarə edir. Havada buludu tutub yerə endirmək elm və hikmət çatışmazlığından xəbər verir.

banner

Yuxuda özünüzü bulud kölgəsində görmək, yuxu sahibinin həmin il çoxlu ruzisi olacağına işarədir.

Əgər yuxuda bulud üzərində ev tikdiyinizi görərsinizsə, bu yuxu halaldan bolluq və sərvətə, hikmət və ucalığa dəlalət edir.

Yuxuda dəhşətli qara bulud görmək zorakılıq və zərurət əlamətidir. Buluddan bir parça əldə etdiyinizi görmək isə mal və mülkün artacağına işarə edir.

Yuxuda günəşin üzərini örtən bulud görmək dövlət başçısının ölümünə və yas tutmasına işarədir.

Bir kimsənin yuxuda mövsümi olmayan qırmızı bulud görməsi, bu yuxu o şəhər və ya məhəllə əhalisinin problem, xəstəlik və ya böhranla qarşılaşacağına işarə edir.

Yuxuda yerdən göyə qalxan bir bulud görmək səfərə işarə edir. Əgər qürbətdə olan biri bu yuxunu görərsə, vətənə qayıdacağına işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice