Əsas səhifə » Yuxuda bostan görmək necə yozulur?

Yuxuda bostan görmək necə yozulur?

admin

Bakı. AzerPress:

Yuxuda bostan görmək bağışlanmağa işarədir. Yuxuda bostanınızı suladığınızı görmək isə xalqınıza yaxınlıqdan xəbər verir. Əgər yuxuda yarpaqları qurumuş, tökülmüş, saralmış bostana girdiyinizi görərsinizsə, bu yuxu kədər və qəm-qüssə əlamətidir.

Yuxuda bostan görmək qadına da işarə edir. Yuxuda görülən bostan qadınla əlaqələndirildikdə, həmin bostandakı budaqlar qadının ailəsi və övladıdır.

Əgər bir kimsə yuxuda naməlum bostan görərsə, bu yuxu Qurana işarə edir. Çünki bostanda çoxlu meyvə və çiçəklər olduğu kimi, Allahın kitabı Quranda da çoxlu hikmət inciləri və hikmət meyvələri vardır. Qurandakı müjdə və qorxular bostanın şirin və turş meyvələri kimidir. Bəzi insanlar şirin, bəziləri turş sevir. Quran bəziləri üçün müjdə, bəziləri üçün isə əzab xəbərləri ilə doludur.

banner

Bostan görmək həm də gözəl cənnət nemətlərinə işarədir. Çünki ərəblər bostana “Cənnət” deyirlər.

Yuxuda öz bostanında çoxlu meyvə olduğunu və bu meyvələrdən qoparıb yediyini görmək, zəngin bir qadınla evlənməyə işarədir.

Yuxuda bostana toxum əkdiyinizi görmək isə övlad sahibi olacağınıza işarədir.

Əgər yuxuda yazda ot və meyvə ağacları ilə bəzədilmiş bostanda olduğunuzu, lakin selin gəlib bütün ağacları apardığını görmüsünüzsə, bu yuxu o yerdəki dövlət xadimlərindən birinin vəfat etməsinə işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice