Əsas səhifə » Yuxuda balıq görmək necə yozulur?

Yuxuda balıq görmək necə yozulur?

admin

Bakı. AzerPress:

Yuxuda balıq görmək mal və qənimətə işarədir. Kiçik balıqları görmək isə kədərlə əlaqələndirilir. Əgər yuxu sahibi yuxuda duzlu balıq görərsə, bu yuxu qəm kimi yozulur. Duzlu balığın qızardıldığını və ya bişdiyini görmək, ondan yemək isə elm və ruzi axtarmaq üçün səfərə çıxmaq deməkdir.

Əgər insan onun üçün göydən qızardılmış balıq endiyini görsə, bu, onun duasının qəbul olmasına, düşmənləri üzərində qələbə çalacağına, yüksək qüdrət və izzətinə dəlalət edir.

Yuxuda böyük balıq görmək, əməlisalehlərin və ibadət əhlinin məclisinə yozulur.

banner

Bir kimsə yuxusunda çox böyük balıq tutduğunuzu görərsə, bu yuxu onun böyük və şərəfli bir ailənin zəngin qızı ilə evlənəcəyinizə işarədir.

Hamilə qadın qarnından balıq çıxdığını görsə, bu, körpənin qız olacağına işarə edir. Yuxuda balıq satdığınızı görmək özünüzə və övladlarınıza xeyirə işarədir.

Yuxu sahibini müxtəlif balıq növlərini görməsi fərqli mənalara dəlalət edir: Yuxuda delfin görmək qorxudan, yoxsulluqdan, zorakılıqdan qurtuluşa, əmin-amanlıq və yaxşı mülkə işarədir.

Əgər yuxunuzda adaya bənzəyən iri balıq görmüsünüzsə, bu yuxu saleh bir sərkərdə hüzurunda cihada gedib qənimət əldə etməyə işarədir.

Yuxuda sazan görmək, evlənmək istəyən subay bir kimsə üçün yaxşı əlamətdir.

Bir insan yuxuda balığın qarnında suiti tapdığını görsə, bu, dövlətə, ləyaqət və şərəfə işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice