Əsas səhifə » Yuxuda bal görmək necə yozulur?

Yuxuda bal görmək necə yozulur?

admin

Bakı. AzerPress:

Yuxuda bal görmək halal mal və ya halal irsə dəlalət edir. Yuxuda bal görmək bir neçə fərqli mənaya yozulur: Yuxuda bal görmək din və əqidə həvəsinə, Quran oxumağa və yaxşı əməllərə dəlalət edir. Dünya əhli üçün bal görmək zəhmət çəkmədən əldə ediləcək ruzi olaraq adlandırılır.

Yuxuda göydən bal yağdığını görmək, yuxu görənin dində səmimiyyətinə və ümumi bolluğa işarədir. Yuxuda bal satdığınızı görmək – uzaqdan xəbər eşidəcəyinizə, bal almaq, mükafat alacağınıza işarədir. Yuxuda daraqdan bal yediyinizi görmək sevdiyiniz insanlardan xoş xəbər alacağınıza işarədir. Yuxuda bal arısı görmək isə zəhmətkeş və yaxşı insana işarə edir. Çünki arılar bacarıqlı heyvanlardır. Yəni bal arısı bolluq və zənginlik əlamətidir.

Bir şəxs yuxuda arı pətəyi görərsə və ondan bal götürərsə, bu yuxu sahibi üçün halal mallara işarədir. Yuxuda arıların başınızın üstünə qoyulduğunu görmək – yüksək rütbəyə və mal sahibi olmağa işarə edir.

banner

Əgər əkinçi yuxuda bal arısı görsə, yaxşılığa, ucuzluğa və bolluğa işarə edir. Təkrar olaraq yuxuda bal arısı görmək hər şeyə qadir, şərəfli və çox xeyirxah, dost və böyük köməkçi olan bir insana işarədir.

Yuxuda arının özünü sancdığını görmək zəhmətlə halal mal qazanmağa işarə edir. Bal arısını öldürdüyünüzü görmək mal itkisinə yozulur.

Digər Kateqoriyalar

2023 © AzerVoice