Bakı. AzerPress:
Yuxuda azan oxunduğunu görmək xeyirə, bolluğa, rəhmətə və ziyarətə yozulur. Bu yuxunu görən yuxu sahibi həcc ziyarətinə gedər.
Bəzən yuxuda azan səsini eşitmək, müharibə və döyüş hazırlığı barədə xəbər eşidiləcəyinə işarə edir.
Ümumiyyətlə yuxuda azan oxunması, yüksək dərəcə və məqama, doğru xəbərin eşidilməsinə, subayların evlənməsinə işarədir.
Həmçinin oxuyun:
İslam kulinariyası və Avropa
Nə üçün hər namazdan sonra Ayətəl-kürsi oxunur?
Yuxuda şeytan görmək necə yozulur?
Yuxuda cin görmək necə yozulur?
Yuxuda azan oxumaq və ya azan oxunduğunu görmək namaza, yaxşılığa, itaətə, sədəqəyə, şeytanın şərindən amanda olmaq və qurtuluşa yozulur.
Əgər yuxuda hündür dağda azan oxunduğunu görərsinizsə, bu yuxu, böyük və qüdrətli bir şəxs haqqında həqiqəti söyləməyə, minarədə azan oxunduğunu görərsinizsə, bu, səfər edib sağ-salamat qayıtmağa işarədir.
Bir kimsə yuxuda uşaqların azan oxuduğunu görərsə, bu yuxu cahillərin və bidət əhlinin istila ediləcəyinə işarə edir.
Küçələrdə, bazarlarda azan oxunmasını görmək isə təmiz həyata, gözəl ruziyə işarədir.
Əgər yuxu sahibi səmada azan oxuduğunu və insanların onu dinlədiyini görsə, bu, insanlığın haqqa və xeyirxahlığa dəvətinə işarədir.
Əgər yuxu sahibi özünün iki dəfə dalbadal azan oxuduğunu, iqamə etdiyini və vacib namazı qıldığını görsə, bu yuxu həcc və ümrəyə yozulur və həmin şəxs Allahın izni ilə həccə gedər.
Bir kimsənin yuxuda öz evində azan oxuduğunu görməsi, əgər varsa, onun həyat yoldaşının ölümünə dəlalət edir.