Əsas səhifə » Yuxuda arpa görmək necə yozulur?

Yuxuda arpa görmək necə yozulur?

admin

Bakı, AzerPress:

Yuxuda arpa görmək, az zəhmətlə bol ruzi qazanacağınıza işarədir. Yozum inancına görə, arpa ağ olduğu üçün gümüş adlanır. Yuxuda arpa olduğunu görmək həm də mal-mülkə işarə edir.

Bir şəxs yuxuda arpa aldığını görərsə, yaxşı və əməlisaleh övladın olacağına işarədir. Satıcıdan arpa aldığını görmək böyük mülkə və əldə olunacaq bərəkətə dəlalət edir. Arpa əkdiyinizi görmək isə Allahı razı salacaq əməllərlə əlaqələndirilir.

Yuxuda təzə arpa görmək xoş xəbər eşitməyə, sağlamlıq və rifaha işarə edir. Kim yuxuda arpa aldığını görsə, axirətini dünyadan üstün tutduğuna, arpa satdığını görsə, dünyanı axirətdən üstün tutduğuna işarə edir.

banner

Yuxuda arpa olan bir sahə ilə getdiyinizi görmək isə cihada işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice