Əsas səhifə » Yuxuda açar görmək necə yozulur?

Yuxuda açar görmək necə yozulur?

Azer Voice

Bakı, AzerVoice

Yuxuda açar görmək Allah Təalanın yuxu görən üçün lütf və mərhəmətinə işarədir.Yuxuda açar elmin və Quranın qapısını açmaq kimi də başa düşülür. Fiqh alimi Kirmani deyib ki, yuxuda açarla bir şeyi açdığınızı görmək xeyirə, bağlamaq isə şərə işarədir.

İmam Cəfər Sadiq isə bildirib ki, açar çətin işlərin həll olmasına, qəm-qüssədən qurtulmağa, xəstəlikdən şəfa tapmağa, istəyə çatmağa, duanın qəbul olmasına, elmə işarə edir.

Yuxuda cənnətin açarının əlinizdə olduğunu görmək ibadət, elm, hikmətə çatacağınıza yozulur. Əlinizdə çoxlu açarların olduğunu görmək böyük və şərəfli bir hökmranlığa işarədir.
Yuxuda qapı və ya qıfılı açdığınızı görmək düşmənlərinizə qalib gələcəyiniz mənasına gəlir.

İmam Nəblusi yuxuda açar görməyi ruzi, yardım, elm, xanım və uşaqlar, mal-mülk, qəbul olunan dua, həcc, dövlət kimi təsvir edib.
Yuxuda dişsiz açarın olduğunu görmək yetimə zülm etməyə işarə edir. Kəbənin açarını əlində görmək yüksək səviyyəli şəxsiyyətlərdən biriylə görüşməyə və onunla dost olmağa dəlalət edir.

Yuxuda dəmir açar görmək güclü və məşhur bir insana və işlərinizin yolunda gedəcəyinə işarədir.
Yuxuda açar görmək bəzən uşağa, casuslara, səfərə, qulluqçulara, qadınlar üçün isə həyat yoldaşına işarə edir.
Əgər yuxuda əlinizdə ağacdan hazırlanmış açar tutduğunuzu görürsünüzsə, kiməsə əmanət etdiyiniz malınız zərər olacaq.
Cabirül-Məğribi yuxuda açar görməklə bağlı belə deyib:
– Yuxuda açarın əlində olduğunu görmək, təmiz su ilə dəstəmaz alıb ibadətinə davam etməyə işarə edir, açarın əlindən düşdüyünü görmək isə namazda tənbəllikdən xəbər verir.

Digər Kateqoriyalar

2023 © AzerVoice