Əsas səhifə » Yunanıstan Ukraynaya S-300 göndərməyəcək

Yunanıstan Ukraynaya S-300 göndərməyəcək

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Yunanıstan Ukraynaya S-300 göndərməyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Yunanıstan baş naziri Kiryakos Mitsotakis deyib.

“Ukrayna məğlub olarsa, “Rusiya təhlükəsi” Avropaya yaxınlaşacaq və buna görə də Ukrayna Rusiya ilə müharibədə qalib gəlməlidir.” – deyə baş nazir qeyd edib.

banner

Bu çərçivədə Mitsotakis Yunanıstanın Ukraynaya ehtiyacı olmayan hərbi sursat verdiyini, ancaq bunun ölkənin çəkindirici gücünə təsir etməyəcək şəkildə planlandığını bildirib.

Baş nazir, Səudiyyə Ərəbistanına verilən sistemin qısa müddətdə Yunanıstana qayıda biləcəyinə, lakin Ukraynaya veriləcəyi təqdirdə belə bir dönüşün mümkün olmadığına diqqət çəkib.

Mitsotakis bildirib ki, Yunanıstanın hazırda S-300-lərə ehtiyacı var və bu səbəbdən Ukraynaya S-300 və ya Patriot raket sistemlərinin göndərilməsindən söhbət gedə bilməz.

Xatırladaq ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias iki həftə əvvəl verdiyi açıqlamada bir müddətdir Yunan mətbuatında yer alan Patriot və S-300 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndəriləcəyi ilə bağlı iddiaları təkzib etmişdi.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice