Əsas səhifə » Yaponiya Əfqanıstanın 9 vilayətində 165 məktəb tikəcək

Yaponiya Əfqanıstanın 9 vilayətində 165 məktəb tikəcək

Yamin Savalanli

Bakı, AzerVoice

Yaponiyanın Əfqanıstandakı səfiri Takayushi Kormaya narkotik istehsalı ilə mübarizə və ölkənin 9 vilayətində 165 ibtidai məktəb tikilməsi üçün Əfqanıstana yardım ayrılacağını bildirib.

AzerVoice xəbər verir ki, Əfqanıstan İslam Əmirliyi baş nazirin siyasi məsələlər üzrə müavini Mövləvi Abdulkebir Kabildə Yaponiyanın Əfqanıstandakı səfiri Takayushi Kormaya ilə görüşərək iki ölkə arasındakı əlaqələri müzakirə edib.

İslam Əmirliyi rəhbərliyindən verilən açıqlamaya görə, Takayushi Kormaya Yaponiyanın narkotik istehsalı ilə mübarizə üçün Əfqanıstana 10 milyon dollarlıq yardım paketi elan etdiyini və ölkənin 9 vilayətində 165 ibtidai məktəb tikməyi planlaşdırdığını bildirib.

banner

Yaponiya səfiri həmçinin bildirib ki, Yaponiya Əfqanıstanın tarixi əsərlərinin qorunmasına və müvafiq qurumların potensialının artırılmasına kömək etmək üçün Kabildəki Milli Muzeyə 300 min dollar ianə etməyi planlaşdırır.

Takayushi Kormaya həmçinin əlavə edib ki, Tokio İslam Əmirliyi ilə G7 ölkələri arasında əlaqə yaratmaq üçün çalışır.

Görüşdə Mövlevi Abdulkebir Kabil-Tokio əlaqələrinin hər iki ölkə üçün əhəmiyyətini vurğulayaraq üçüncü Doha görüşündə götürülmüş öhdəliklərin ən qısa zamanda həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Yaponiya səfiri həmçinin Kabilin altıncı təhlükəsizlik zonasında baş verən partlayışla bağlı başsağlığı verib.

Digər Kateqoriyalar

2023 © AzerVoice