Əsas səhifə » Yaponiya Çin gəmisinin öz ərazi sularına daxil olmasına etiraz edib

Yaponiya Çin gəmisinin öz ərazi sularına daxil olmasına etiraz edib

Fərid Mikayilov

Bakı,AzerVoice

Yaponiya, səhər saat 06:00 radələrində Çin tədqiqat gəmisinin ölkənin ərazi sularına daxil olduğu bildirilib.

AzerVoice xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib.

Bəyanatda gəminin Kaqoşima bölgəsi yaxınlığındakı ərazi sularına girməsi ilə bağlı “Yaponiya öz ərazisini və sularını müdafiə edəcək” ifadəsi işlədilib.

banner

Yaponiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada hadisədən sonra diplomatik kanallarla Çinin Tokiodakı səfirliyinə etiraz və narahatlıqların çatdırıldığ bildirilib.

Qeyd edək ki, avqustun 26-da Yaponiya Müdafiə Nazirliyi Çin ordusuna məxsus “Y-9” tipli hərbi təyyarənin Yaponiya hava məkanına daxil olduğunu bildirib.

Yaponiya döyüş təyyarələrinin, Çin təyyarəsinə cavab vermək üçün hərəkətə keçdiyi, lakin Çin təyyarəsinin həmin vaxt hava məkanını tərk etdiyi qeyd edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice