Bakı, AzerPress:
2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyasından Türkiyə limanlarına 81 milyon 454 min 614 ton yük daşınıb.
Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 4 milyon 532 min 539 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 68 milyon 125 min 156 ton yük çatdırıb.
Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 8 milyon 796 min 949 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarına Rusiyadan 4 milyon 148 min 864 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Türkiyə limanları 33 milyon 718 min 870 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 420 min 465 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 298 min 405 ton olub.
Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 273 min 241 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 326 milyon 329 min 82 ton yük qəbul edib.
2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 24 milyon 187 min 613 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 302 milyon 141 min 469 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 56 milyon 996 min 122 ton transit yük daşınıb.
Xatırladaq ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.
Məlumata əsasən, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 817 olub.
2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.
Məlumat üçün bildirək ki ,2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.