Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında İsrailə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz azaldaraq 772,8 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə İsrailə polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 45,3 faiz azaldaraq 91,9 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun