Əsas səhifə » Yanvar-oktyabr aylarında Güllük limanı 300-dən çox gəmi qəbul edib (ÖZƏL)

Yanvar-oktyabr aylarında Güllük limanı 300-dən çox gəmi qəbul edib (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Güllük limanı 344 gəmi qəbul edib.

Bu barədə AzerPress-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Güllük limanı Türkiyə bayrağı altında üzən 59, digər ölkələrin bayraqları altında üzən 285 gəmi qəbul edib.

banner

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice