Əsas səhifə » Yanvar-noyabr aylarında Türkiyənin Şimali Kiprə sement ixracı 69 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-noyabr aylarında Türkiyənin Şimali Kiprə sement ixracı 69 milyon dolları ötüb (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Şimali Kiprə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıraraq 69,9 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Şimali Kiprə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 9,1 faiz azaldaraq 6,1 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 4,3 milyon dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 347,3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 4,7 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Digər Kateqoriyalar

2023 © AzerVoice