Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Qazaxıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artıraraq 118,5 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 108 faiz artıraraq 20,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 14,8 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2 faiz azdır.
Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_