Əsas səhifə » Yanvar-noyabr aylarında Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 113 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-noyabr aylarında Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 113 milyon dolları ötüb (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Özbəkistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azaldaraq 113,9 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Özbəkistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,9 faiz azaldaraq 7,4 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 14,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice