59
Bakı, AzerPress:
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq, 27,9 milyard dollara bərabər olub.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.