Bakı. AzerPress:
Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında İrana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azaldaraq 20,3 milyon dollara çatdırıb.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə İrana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 35,6 faiz azaldaraq 1,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 4,3 milyon dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 347,3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz azdır.
Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 4,7 milyard dollar məbləğində sement ixrac edib.
Aytac Süleymanova