Əsas səhifə » Yanvar-noyabr aylarında Türkiyənin Çinə sement ixracı 4 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-noyabr aylarında Türkiyənin Çinə sement ixracı 4 milyon dolları ötüb (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Çinə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azaldaraq 4,6 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Çinə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 64,5 faiz azaldaraq 325,8 min dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 4,3 milyon dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 347,3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,6 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 4,7 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Digər Kateqoriyalar

2023 © AzerVoice