Əsas səhifə » Yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700-dən çox daşınmaz əmlak satın alıblar (ÖZƏL)

Yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700-dən çox daşınmaz əmlak satın alıblar (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə min 780 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 411 obyekt azdır.

Bu barədə AzerPress-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 99 obyekt azdır.

banner

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyədə 93 min 514 mənzil satın alınıb ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 20,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyədə 1 milyon 87 min 349 mənzil satın alınıb.

“Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır”, – deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 342 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,5 faiz azdır.

Eyni ilin yanvar-noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 32 min 941 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz azdır.

Digər Kateqoriyalar

2023 © AzerVoice