Əsas səhifə » Türkiyənin müdafiə sənayesi məhsulları ixracı azalıb (ÖZƏL)

Türkiyənin müdafiə sənayesi məhsulları ixracı azalıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 1 milyard dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 370,7 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 26,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 5,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice