Əsas səhifə » Yəmən husiləri kimlərdir?

Yəmən husiləri kimlərdir?

Azer Voice

Bakı,AzerVoice

İran 2004-cü ildən bəri Yəmənin sünni çoxluq hökumətinə qarşı mübarizə aparan Zeydi şiə hərəkatı yəni Husiləri dəstəkləməkdə günahlandırılır.

Husilər 2014-cü ilin sentyabrında Yəmənin paytaxtı Sənanı ,2016-cı ilə qədər Şimali Yəmənin böyük hissəsinə nəzarəti ələ keçirdilər. Yəmən rəsmiləri və Sünni dövlətləri dəfələrlə İran və onun müvəkkil Hizbullahının husilərə silah, təlim və maliyyə dəstəyi verdiyini iddia ediblər. Lakin İran və Hizbullah rəsmiləri bu iddiaları təkzib edib və ya əhəmiyyətsiz hesab ediblər.   İranın qruplaşmaya silah köçürməsinə dair sübutlar təqdim edib.

Husi-Səudiyyə gərginliyi

banner

Husi hərəkatı 1990-cı illərdə Yəmənin şimalında, qismən  Səudiyyənin maliyyə və dini təsirinin artmasına reaksiya olaraq ortaya çıxdı.
2009-cu ilin noyabrında husilər Yəmənin mərkəzi hökumətinə qarşı üsyanları fonunda Səudiyyə Ərəbistanına onlara qarşı hərbi əməliyyatlara başladı. Səudiyyəlilər  üsyançılara qarşı hava zərbələri endirib, krallıq döyüşçüləri və husilər arasında gedən ilk döyüşdə 130-dan çox səudiyyəli öldürüldü.

Səudiyyə-Husi döyüşlərinin növbəti böyük raundu 2015-ci ilin martında başlayıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) başçılıq etdiyi koalisiya  Yəməndəki husi hədəflərinə hava zərbələri endirib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə İran arasında gərginlik 2017-ci il noyabrın 4-də Ər- Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raket atıldıqdan sonra kəskin şəkildə artıb.

Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürdü, müharibə başlayandan bəri ilk dəfə ballistik raket krallığın paytaxta bu qədər yaxınlaşdı.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl Cubeyr hücumu İranın müharibə aktı adlandırdı və açıqlamasında “ Krallığa hücum işğal Hizbullah və Husilər tərəfindən  İran raketləri ilə edilib” – dedi.

Dönəmin ABŞ prezidenti Donald Tramp da İslam Respublikasını ittiham edib .

 “Səudiyyə Ərəbistanı İran tərəfindəm hücum oldu  və bizim RƏM (Raket Əleyjinə Müdafiə) sistemimiz raketi havada vurdu”-deyə Tramp deyib.

Husilər 2017-ci il dekabrın 4-də keçmiş prezident Əli Abdullah Salehi öldürdükdən sonra vəziyyət daha da pisləşdi. Saleh 2015-ci ilin  mayında rəsmi olaraq  husilərlə birləşərək, Yəmənin şimalının çox hissəsinə nəzarəti ələ keçirməyə kömək etdi.
Lakin avqust ayında Salehin baş məsləhətçilərindən biri  husilərlə qarşıdurmadan sonra vurularaq öldürüldü. Dekabrın 2-də Saleh açıq şəkildə husilərdən ayrılaraq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə “yeni səhifə” axtarışına başladı.

 “Qonşu dövlətlərdəki qardaşları və alyansı təcavüzlərini dayandırmağa, mühasirəni aradan qaldırmağa, hava limanlarını açmağa, ərzaq yardımı və yaralıları xilas etməyə icazə verməyə çağırıram və biz qonşuluğumuz sayəsində yeni səhifə açacağıq” deyən, Saleh, iki  gün sonra, husi üsyançıları tərəfindən yol kənarındakı pusquda öldürüldü .

İranın nüvə proqramının direktoru və keçmiş xarici işlər naziri Əli Əkbər Salehi insidentlə bağlı açıqlamasında, “Saleh layiq olduğu cəzanı aldı” deyib məsələ ilə bağlı Ayətullah Əli Xameneinin baş müşaviri də açıqlama verib.

“Salehin ölümü Yəmən xalqına Körfəz təsirindən azad olaraq “öz müqəddəratını təyin etməyə” kömək edəcək”-deyə Əli Əkbər Vilayəti deyib. ( Hər iki xəbər Fars xəbəır agentliyi tərəfindən yayınlanıb)

2018-ci ildə husilərin Səudiyyə Ərəbistanına raket hücumları getdikcə adi hala çevrildi. Qrup həmçinin hədəf seçimində getdikcə daha cəsarətli oldu.  Husilər 2018-ci ilin iyulunda Səudiyyə neft tankerini hədəf aldılar.

Döyüşlər Birləşmiş Millətlər Təşkilatının Yəməndəki böhranı  “dünyanın ən pis humanitar böhranı” adlandırdığı zaman baş verdi. BMT-nin verdiyi məlumata görə , 23 milyondan çox insan – Yəmən əhalisinin 80 faizi humanitar yardıma və sosial müdafiəyə ehtiyac duyur .

14 sentyabr 2019-cu ildə husilər  Səudiyyə Ərəbistanındakı iki əsas neft qurğusuna pilotsuz uçuş aparatları ilə hücumların məsuliyyətini öz üzərinə götürdülər . Lakin BMT Təhlükəsizlik Şurasına təqdim edilən hesabatda hücumun Yəməndən deyil, İranın içindən törədildiyini təsdiq edən məlumatlar göstərildi.

O zaman Dövlət katibi Mayk Pompeo İranı “dünyanın enerji təchizatına misli görünməmiş hücumu” törətməkdə ittiham etmiş, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitində ABŞ-ın iddialarını rədd etmişdi.

Husilər 2022-ci ilin əvvəlində BƏƏ-ni pilotsuz təyyarələr və ballistik raketlərlə hədəfə alaraq münaqişənin miqyasını genişləndirdilər. Əmirlik və ABŞ hərbi qüvvələri yanvarın 24-də husilərin Əbu-Dabiyə atdığı iki ballistik raketi havada təsirsiz etdilər.

Husilər haradandır? Onlar Yəmənin tarixində hansı rolu oynayıblar?

Husilər Yəmənin şimal-qərbindəki Saada vilayətindən olan böyük bir qəbilədir. Şiəliyin zeydi formasını tətbiq edirlər. Zeydilər Yəmən əhalisinin təxminən 35 faizini təşkil edir  .

Zeydi imaməti 1962-ci ildə devrilməmişdən əvvəl 1000 il Yəməndə hökmranlıq etdi. O vaxtdan bəri siyasi hakimiyyətlərindən məhrum olan Zeydilər Yəməndə öz nüfuzlarını bərpa etmək üçün mübarizə aparırlar.
1980-ci illərdə Husi klanı,  Husi bölgələrində dövlət tərəfindən maliyyələşdirilən sələfi təbliğatçıları tərəfindən təhlükə hiss edərək, Zeydi ənənələrini canlandırmaq üçün hərəkata başladılar. Bununla belə, bütün Zeydilər Husi hərəkatına dəstəkləmədi və bu gün də dəstəkləmirlər.

Husi üsyançıları on ildən çoxdur ki, Yəmən hökuməti ilə mübarizə aparır. 2011-ci ildən Husilər hərəkatı Zeydi “qalalarından” kənara çıxıb və mərkəzi hökumətə qarşı daha geniş bir hərəkata çevrilib. Üsyançılar da özlərini Ənsarullah və ya “Allahın partiyası” adlandırmağa başlayıblar.

Zeydilik İranda tətbiq olunan şiəlik növü ilə necə müqayisə olunur?

Digər şiələr kimi, zeydilər də inanırlar ki, yalnız Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni Əlinin nəslindən olanlar müsəlman cəmiyyətinə imamlıq – peyğəmbərin ilahi tərəfindən təyin olunmuş canişinləri kimi rəhbərlik etmək hüququna malikdirlər. Zeydiliyin tərəfdarlarının əksəriyyəti   Yəməndə yaşayır və zeydilər  dünyadakı 70 milyon şiənin təxminən 8 faizini təşkil edir.

Lakin zeydilər, İrandakı əksər şiələr də daxil olmaqla, dünya şiələrinin əksəriyyətinin tətbiq etdiyi şiəliyin “İsnə Əşəriyyə ” formasından fərqlidir.
“İsnə Əşəriyyə” şiələri inanır ki, məsum hesab etdikləri on ikinci imam 874-cü ildə qeydb olub və bir gün Mehdi, yaxud vəd edilmiş ədaləti bərpa etməyə qayıdacaq.
İsnə Əşəriyyə etiqadına görə, Mehdinin yoxluğunda din xadimləri müəyyən məsələlərdə onun səlahiyyətini əvəz edə bilər. Dindarlar 1979-cu il inqilabından sonra İran teokratiyasına keçən bir güc olan ruhanilərin dini hökmlərinə tabe olmağa borcludurlar.
Zeydilər isə, Xəlifə Əlinin nəvəsi Zeydin beşinci imam olduğuna inanırlar. Lakin İsnə Əşəriyyə şiələri Zeydin qardaşı Məhəmməd əl-Baqiri beşinci imam hesab edirlər.
Zeydilər sonrakı imamları tanımırlar və bunun əvəzinə  Əli ilə qohum olan hər kəsin müsəlman cəmiyyətinə rəhbərlik etmək hüququna malik olduğuna inanırlar . Onlar imamın məsum olması haqqında İsnə Əşəriyyə təlimini də rədd edirlər .
Zaman keşdikcə Yəmən üçün yeni olan İsnə Əşəriyyə təlimi və düşüncəsi Zeydilər tərəfindən mənimsənilməyə başlayır.
Məsələn, 2017-ci ildə ilk dəfə  Aşuranın anım mərasimi  Husilər tərəfindən kütləvi şəkildə qeyd olundu.

Husiləri kim və necə dəstəkləyir?
İran rəsmiləri husilərin mübarizəsini dəstəkləyib və qrupu  Hizbullahla müqayisə ediblər .
İranın Ali Dini Rəhbəri Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti 2014-cü ilin oktyabrında demişdi : “İran Ənsarullahın (Husilərin siyasi və hərbi təşkilatını) Yəməndəki haqlı mübarizəsini dəstəkləyir və bu hərəkatı uğurlu İslami Oyanış hərəkatlarının bir hissəsi hesab edir.”  Səudiyyə Ərəbistanı uzun müddətdir İranı husilər vasitəsilə proxy müharibə aparmaq üçün silahlandırmaqda ittiham edib .
Krallığın mərhum xarici işlər naziri şahzadə Səud əl-Feysal 2015-ci ildə demişdi : “Biz regionda qeyri-sabitlik yaradan aparıcı elementlərdən biri olan İranın bölgədəki oyunlarından narahatıq”.
2016-cı ilin oktyabrında ABŞ admiralı bildirib  ki, ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiq dövlətlərin hərbi gəmiləri 2015-ci ilin aprelindən bəri İrandan Ərəbistan yarımadasına beş dəfə silah daşınmasına mane olub. Bu silahların arasında tank əleyhinə raketlər, snayper tüfəngləri və minlərlə AK-47 avtomat tüfəngləri daxil olduğu bildirilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi cavabında bunu inkar edərək, “ağ yalan” adlandırıb.2017-ci ilin aprelində dövlət katibi Reks Tillerson  demişdi  ki, İran husilərin “hərbi texnika, maliyyə və təlimlə təmin edərək, Səudiyyə Ərəbistanının cənub sərhədini təhdid edərək hökuməti devirmək cəhdini” dəstəkləyir.
Lakin 2017-ci ilin noyabrında İnqilab Keşikçiləri Korpusunun komandiri general-mayor Əli Cəfəri   “İranın husilərə köməyinin məsləhət və mənəvi dəstək səviyyəsində olduğunu” iddia etdi .İranın husilərə dəstəyi ilə bağlı gərginlik 2017-ci ilin sonlarında daha da artdı.2017-ci ilin noyabrında Səudiyyə Ərəbistanı  Yəməndə husilər tərəfindən krallığın paytaxtına atılan raketə görə İranı müharibə aktında ittiham edib . Lakin həmişəki kimi, İran hücumla hər hansı əlaqəni təkzib edib. BMT-nin 2017-ci ilin noyabrına aid məxfi hesabatına əsasən, husilər tərəfindən 2017-ci ilin 19 may, 22 iyul, 26 iyul və 4 noyabr 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanına atılan dörd ballistik raket İran tərəfindən hazırlanıb və istehsal edilib. ABŞ-ın BMT-dəki səfiri Nikki Haley,  “Səudiyyəyə atılan raketlər İranda hazırlanıb, sonra Yəməndəki Husi yaraqlılarına göndərilib”-deyib.

İran rəsmiləri və Husi liderləri ABŞ-ın iddialarını rədd ediblər. Reuters-in verdiyi məlumata görə Yəmən husilərinin sözçüsü açıqlamasında  “Üç illik müharibədən sonra Amerika qəfildən İranın husiləri dəstəklədiyinə dair “sübut” tapdı.Amerika indiyədək atılan raketlərin Yəməndən  atıldığına dair bir sübut tapmayıb. ABŞ nağıl danışıq, o0nlar ərəblərin diqqətini diqqətini Qüdsdən yayındırmaq və İrana yönəltmək istəyirlər.

2019-cu ilin yanvar ayında BMT-nin Yəmən üzrə Ekspertlər Şurası  Husilərin getdikcə təkmilləşən dron texnologiyalarına çıxış əldə etdiyini bildirdi .

Husilərin başqa dəstək mənbələri də var. Onların yerli dəstəkçilərdən və xeyriyyə təşkilatlarından, eləcə də qeyri-qanuni ticarətdən maliyyə aldığı bildirilir  .

Husilərin siyasi baxışları necədir?
Husilər tutarlı bir ideologiyanı təbliğ etmirlər və onların siyasi platforması qeyri-müəyyən və  ziddiyyətlidir . Orijinal Husi üsyançıları  Hizbullahı təqlid etmək , əslində hökmranlıq etmədən gücə sahib olmaq istəyirdilər.

Husi süarı yalnız qrupun fikirlərinin geniş mənzərəsini təqdim edir. O, tamamilə aşağıdakı ifadələrdən ibarətdir  : “Allah böyükdür, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, İslama qələbə”.

Husilərin Zeydi əqidəsi mütləq siyasətə yanaşmalarını diktə etmir. Onların iddia edirlər ki, məqsədləri Zeydi imamətini dirçəltməyə deyil  , daha çox siyasi inklüzivlik əldə etməkdir.

2011-ci ildən bəri onlar öz mesajlarında  özlərini ciddi Zeydi hərəkatı kimi qələmə verməkdənsə, millətçi və populist dildən istifadə ediblər. Maraqlısı odur ki, Zeydilər bir sıra sünni siyasi müttəfiqlər toplaya biliblər.

Husilər 2013-cü ildən 2014-cü ilə qədər BMT-nin sponsorluğu ilə keçirilən Milli Dialoq Konfransında iştirak ediblər. Onlar islahat gündəmini prinsipcə rədd etməsələr də, Husilər Yəmənin altı bölgəli federalist dövlətə çevrilməsi təkliflərinə qarşı çıxırlar .

Husilərin mərkəzi hökumətlə qarşıdurmasının kökləri nədir?

Tanınmış Zeydi din xadimi və 1993-1997-ci illərdə parlament üzvü olan Hüseyn Əbdrəddin əl Husi 1990-cı illərdə prezident Əli Əbdullah Salehin güclü tənqidçisinə çevrilib. O, hökuməti ABŞ və İsraillə həddən artıq yaxın olmaqda ittiham edib . Prezident Salehin 2000-ci ildə Hüseyn əl Husiyə ayrılan maliyyəni kəsməsindən sonra gərginlik daha da artıb. 
2000-ci illərin əvvəllərində Zeydilərin siyasi və iqtisadi vəziyyətlərinin pis olması bəhanəsi ilə, o hökumət əleyhinə nümayişlər üçün tərəfdarlarını toplamağa başladı.

Hökumət Əl Husinin həbsi üçün order verdi və onun tərəfdarları təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmaya başladılar. Əl Husi  2004-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb  . O vaxtdan bəri onun qohumları və tərəfdarları Husi müharibələri kimi tanınan hökumətə qarşı altı qiyam qaldırıb.
Prezident Saleh İranı  üsyanları dəstəkləməkdə ittiham edib. Husilər  2010-cu ildə hökumətlə atəşkəs sazişi imzalasa da, bir il sonra Salehə qarşı “Ərəb baharı” etirazlarına qoşulublar.

Husilər necə hakimiyyətə gəldilər?

Aylarla davam edən etirazlardan sonra prezident Saleh 2011-ci ilin noyabrında hakimiyyəti müavini Abd Rabbuh Mansur al Hadiyə verdi. Lakin Hadi Yəməndə çox az xalq dəstəyi aldı və husilər şimaldakı hakimiyyət boşluğundan istifadə etdilər. 2012-2013-cü illərdə onlar öz ardıcılları və müttəfiqləri ilə birgə bir sıra ərazilərə nəzarəti möhkəmləndirdilər.

2014-cü ilin sentyabrında husilər paytaxtı ələ keçirdilər. Onlar əvvəlcə BMT-nin vasitəçiliyi ilə  birlik hökuməti qurulduqdan sonra Sənadan geri çəkilmələrini tələb edən sülh sazişi ilə razılaşdılar.

Lakin yanvar ayında husilər hökumətin yeni hazırladığı konstitusiyanı rədd edərək prezident sarayını ələ keçirdilər. Prezident Hadi və hökuməti yanvarın 22-də istefa verdi. Növbəti ay husilər Hadinin yerinə beş nəfərdən ibarət prezident şurasının gələcəyini açıqladılar.

Hadi cənubdan Ədənə qaçdı və istefasını ləğv etdi və özünü Yəmənin qanuni prezidenti elan etdi. Buna cavab olaraq husi üsyançıları Hadinin Ədəndəki qərargahını bombalamağa başladılar.

Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı – digər doqquz sünni dövlətin koalisiyası ilə birlikdə – martın 26-da Husilərin mövqelərinə hava zərbələri endirməyə başladılar.

Aprelin 21-də Səudiyyə rəsmiləri Husilərin hərbi infrastrukturunu uğurla pozduqlarını iddia edərək “Həlledici Fırtına” əməliyyatı kimi tanınan kampaniyanın başa çatdığını elan etdilər. Husilər həmçinin BMT-nin bir sıra tələblərini yerinə yetirməyə, o cümlədən əsir saxladıqları Yəmənin müdafiə nazirini azad etməyə razılaşıbfılar. Lakin Səudiyyə Ərəbistanı  iki gün sonra hava hücumlarını bərpa etdi  və kampaniyanın ilk ayı nə husiləri Sənadan qovdu, nə də Hadini hakimiyyətə qaytardı.

Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi sülh danışıqlarına dair çoxsaylı cəhdlər uğursuzluğa düçar oldu. İlk iki cəhd 2015-ci ilin  iyun  və  dekabr aylarında İsveçrədə olub. Birləşmiş Millətlər Təşkilatı  2016-cı ilin aprelində Küveytdə yenidən cəhd edib, lakin avqustda  müzakirələr pozulub  və husilərlə hökumətyönlü qüvvələr arasında döyüşlər yenidən başlayıb.

 2017-ci ilin mart ayına olan məlumata görə, münaqişədə yeddi atəşkəs razılaşması pozulub . 2017-ci ilin dekabrında Səudiyyənin Yəməndəki 30 aylıq kampaniyasından sonra da husilər Yəmənin şimalına böyük ölçüdə nəzarət edirdilər.

2018-ci ilin dekabrında müharibə edən tərəflər son iki ildə ilk danışıqlar üçün İsveçin Stokholm şəhərində görüşdülər. Onlar  atəşkəs, əsir mübadiləsi və koalisiya qoşunlarının idxalın əksəriyyətini idarə edən Hodeyda limanından çıxarılmasına razılaşıblar . Lakin  atəşkəs  2019-cu ilin əvvəlində pozulub.

2022-ci ilin aprelində husilər və Yəmən hökuməti Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə iki aylıq atəşkəsə razılaşdılar. Birləşmiş Ştatlar və İran 2016-cı ildən bəri ilk ümummilli atəşkəsi alqışladılar. 2022-ci ilin iyununda müharibə edən tərəflər onu daha iki ay uzatmağa razılaşdılar . BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq verdiyi açıqlamada , “Atəşkəs müharibənin trayektoriyasında əhəmiyyətli dəyişiklikdir və tərəflərin məsuliyyətli və cəsarətli qərarlar qəbul etməsi nəticəsində əldə olunub” dedi .

Yəməndəki husilərlə digər islamçılar arasında münasibət necədir?

Husilərin “Müsəlman Qardaşları” ilə əlaqəsi olan sünni islamçı partiyası “İslah”la gərgin münasibətləri var. İslah husilərin İranın  nümayəndəsi olduğunu deyir və onları Yəməndə iğtişaşlara səbəb olmaqda günahlandırır. Husilər isə İslahı Ərəbistan Yarımadasındakı Əl-Qaidə ilə əməkdaşlıqda ittiham ediblər.

Husilər 2014-cü ilin sentyabrında Sənanı ələ keçirdikdən sonra İslah əvvəlcə barışıq yolunda bir neçə addım atdı. Noyabr ayında İslah və Husi liderləri siyasi tərəfdaşlığı müzakirə etmək üçün görüşdülər. İslah husiləri partiya üzvlərinə qarşı hücumları dayandırmağa və islah məhbuslarını azad etməyə çağırıb. Dekabr ayında Birləşmiş Millətlər Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası iki qrup arasında hərbi əməliyyatları dayandırmaq üçün razılaşma əldə etdi.

Lakin husilərlə İslah arasında toqquşmalar davam edir. Husilər 2015-ci ilin ilk dörd ayında onlarla “İslah” partiyasının liderini qaçıraraq, onların ofislərinə basqın ediblər. Aprel ayına qədər 100-dən çox İslah lideri husilər tərəfindən saxlanılıb. İslahın  Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hava hücumlarına dəstək verdiyini bəyan etməsindən sonra gərginlik artıb .

20 mart 2015-ci ildə özünü Səna vilayəti adlandıran İŞİD-in qolu iki Zeydi məscidinə ən azı 135 nəfərin ölümü və 300-dən çox insanın yaralanması ilə nəticələnən kamikadze hücumlarına görə məsuliyyəti öz üzərinə götürdü. Qrup  bəyanat yayıb  ki, “kafir husilər bilməlidirlər ki, İslam Dövlətinin əsgərləri onları məhv edənə qədər dincəlməyəcəklər”.

Onların liderləri kimlərdir?

Hüseyn əl- Husinin qardaşı Əbdül Malik əl Husi 2007-ci ildən qrupun mənəvi, hərbi və siyasi lideridir. Onun şəxsi həyatı haqqında çox az şey məlumdur və o, ictimaiyyətə az çıxış edir. Onun qaynı Yusif əl Midani liderin müavinidir. Əbdül Malikin iki qardaşı Yahia və Abdul-Kərim də  hərəkatın yüksək səviyyəli liderləridir.

2015-ci il aprelin 14-də ABŞ Əbdül Malik Əl Husiyə qarşı “Yəmənin sülhünü, təhlükəsizliyini və sabitliyini təhdid edən” hərəkətlərə görə sanksiyalar tətbiq edib. Elə həmin ay BMT Təhlükəsizlik Şurası husilərə qarşı silah embarqosu tətbiq etdi və Əbdül Malik əl Husini qara siyahıya aldı.

10 yanvar 2021-ci ildə Tramp administrasiyası husiləri Xarici Terror Təşkilatı və Xüsusi Təyin edilmiş Qlobal Terrorçu kimi təyin edəcəyini açıqladı. Dövlət Departamenti İran İnqilab Mühafizəçilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq husilərə raketlər, pilotsuz təyyarələr və təlim verməkdə ittiham edib.

Pompeo açıqlamasında “İran BMT-nin və dost ölkələrin Yəməndəki böhranı sülh yolu ilə həll etmək və münaqişəyə son qoymaq səylərini əngəlləməyə davam edir” dedi .

Bütün bunlara baxmayaraq, qrup 16 fevral 2021-ci ildə terrorçular siyahısından çıxarılıb.

Məqalə AzerVoice xəbər servisi tərəfindən BMT sənədləri, İran rəsmi açıqlamaları,Səudiyyə Ərəbistanı XİN bıyanatları və İslam ensiklopediyası materialları əsasında hazırlanıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice