Əsas səhifə » XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı FAKTLAR

XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı FAKTLAR

Laman Asadli

Bakı, AzerPress:

Kəşfiyyat savaşları hər zaman aktual olub və bundan sonra da aktuallığını qoruyub saxlayacaq. Hazırki dövrdə olduğu kimi keçmiş əsrlərdə də kəşfiyyat savaşları olub.
AzerPress oxuyularına XVI-XVII əsr dövlətlərində mövcud olan kəşfiyyat qurumları ilə bağlı məlumatları təqdim edir.

İtaliya şəhər dövlətləri

Milan hersoqluğu
Son orta əsrlər dövründə Milan kəşfiyyat xarakterli məlumatları toplaya bilən ən yaxşı şəhər dövlətlərindən biri idi. Milan, xüsusilə, sözün əsl mənasında “signore di novelle” (xəbərlərin ustası) olan Françesko Sforzanın rəhbərliyi altında diplomatlar və kəşfiyyat məlumatları toplayanlardan ibarət effektiv şəbəkə yaradaraq Françeskonu “xəbərlərin ustası” etməyə çalışırdı. Bundan əlavə, müharibələr və diplomatik əlaqələrin zəiflədiyi zaman fasilələrə baxmayaraq, Sforza bütün İtaliya şəhər dövlətlərinə, o cümlədən Neapol, Roma, Florensiya və Venesiyaya, elçilər göndərib.

Florensiya
Florensiyada kəşfiyyat və casusluq şəbəkəsi taxt mübarizəsində öldürülən Alessandro de Medicinin yerinə V Karl tərəfindən seçilən 17 yaşlı I Kosimo tərəfindən sistematik şəkildə inkişaf etdirilib. I Kosimo Böyük Toskana Hersoqluğunun qurucusu idi. Paolo Preto keçmiş İntibah dövrü Florensiyasının kəşfiyyat şəbəkəsinin, əsasən, Venesiya və digər böyük Avropa dövlətlərinin kəşfiyyat şəbəkələrinə bənzədiyini iddia edib.

Genuya
Genuya qısa zamanda hər yerdə casusların şübhəli hadisələrə nəzarət etdiyi şəbəkə dövləti halına gəlmişdi. Hökumətin devrilməsi təhlükəsinin qarşısını almaq üçün vətəndaşların şəhərdəki xarici səfirlərin iqamətgahlarına girişi və çıxışı qadağan edilmişdi.

banner

Vatikan
XVI əsrin sonunda İtaliya şəhər dövlətlərinin tədricən tənəzzül mərhələsinə keçdiyi vaxtda Vatikan bürokratiyanın və yeniliklərin zirvəsi kimi təcil qazandı. Bu təsadüfi deyildi, çünki Katolik Kilsəsinin burada böyük rolu var idi və nəticədə erkən müasir dünyada ən yaxşı formada təşkil edilən kəşfiyyat sistemlərindən biri meydana gəldi.

İspaniya
I Flipp dövrünün ən tanınmış hökmdarı kimi müasirləri arasında məşhur idi. O, sarayını ziyarət edən xarici səfirləri cari hadisələrlə bağlı onları təəccübləndirmək üçün öz biliklərini nümayiş etdirməkdən həzz alırdı. Flipp casusların işə götürülməsindən və pul ödənişlərindən tutmuş kəşfiyyat əməliyyatlarının ən xırda təfərrüatlarına qədər hər şeyə çox diqqətli şəkildə nəzarət edərək, mütləqiyyətçi şövqlə kəşfiyyat işini izləyirdi.

İngiltərə – Tudorlar
Qeyd etmək lazımdır ki, Erkən Müasir İngiltərədə kəşfiyyat xarakterli məlumatların toplanılması Krallığın xidmətində olan hər hansı məmurun səlahiyyəti deyildi. Məxfi məlumatlar monarxa müxtəlif mənbələrdən, o cümlədən Nazirlər Kabineti, Şəxsi Palata və Frensis Uolsinqem kimi peşəkar kəşfiyyat rəhbərlərinin unikal casus şəbəkələrindən daxil olurdu. Erkən Müasir İngiltərənin əsas xüsusiyyəti bəzi güc sahibləri və ictimaiyyətdən gizli saxlanılmalı olan geniş məxfi məlumatlar üzərində Parlament və Krallıq arasında şiddətli rəqabətə əsaslanırdı.

Fransa – Burbonlar
Fransa kralı XIV Lüdovikin (Günəş Kralı) casusluq fəaliyyəti ilə bağlı apardığı geniş həcmli araşdırmada bir çox fransız casusları sadalanır. Bunları beş kateqoriyada ümumiləşdirmək olar; Döyüş bölgələrinə göndərilən agentlər (indiki fransız diplomatları), saraylarda və ya mühüm şəhər mərkəzlərində fəaliyyət göstərən həvəskarlar və “noms de guerre” arxasında gizlənərək kəşfiyyat məlumatları ötürən xarici diplomatlarla işləyən “köstəbək”lər, Kralın hüquqları üçün mübarizə apararaq öz casus şəbəkələrini yaradan peşəkar casuslar və kəşfiyyat rəhbərləri.
XIV Lüdovikin agentləri Avropanın əsas nöqtələrində, Aralıq dənizində Marseldən Venesiyaya, Baltikyanı ərazilərdə Kopenhagen və Danziqə, Şimal dənizində isə Hamburq və Amsterdama qədər böyük ərazilərdə yerləşdirilmişdi.

Osmanlı dövləti

Osmanlı dövlətinin kəşfiyyatla bağlı əsas xüsusiyyəti sultanların və onların əsas idarə mərkəzi olan Topqapı Sarayının (Bab-ı Əli) XVIII əsrə qədər xaricdə daimi səfirliklər yaradılmasına qəti qarşı olması idi. Bunun iki səbəbi var idi: Birincisi, Avropa güclərinin Sultanın razılığını tələb etməsi və buna görə də Osmanlı paytaxtında öz nümayəndələrini yerləşdirmək istəmələri Osmanlı üçün qürur idi, ikincisi, dövlətin xidmətində mərkəzi kansler olan dövlət bürokratiyasının olmaması.

Osmanlıda kəşfiyyat şəbəkələri Avropa dövlətlərinin işləri ilə bağlı mühüm məlumatları dövlətin nüfuzlu şəxsləri və onların rəhbərlərinə çatdırmaqda çox peşəkar idi. Məhz bu qarışıq quruluş Osmanlı İmperatorluğuna Bab-ı Əliyə çatan məlumatları müxtəlif yollarla müqayisə etmək imkanı verirdi.
Lakin Osmanlıların kəşfiyyat fəaliyyətinin təsirini azaldan əsas səbəb səfirliklər vasitəsilə birbaşa diplomatik əlaqələr yaratmaq istəməmələri və xarici ölkənin dini, mədəniyyəti və dil xüsusiyyətləri ilə bağlı məlumatların toplanmasına cavabdeh diplomatik heyətin olmaması idi.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice