Əsas səhifə » Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu – SƏRƏNCAM

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu – SƏRƏNCAM

Naile Babazade

Bakı, AzerVoice

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

AzerVoice xəbər verir ki, sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

banner

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Digər Kateqoriyalar

2023 © AzerVoice