Əsas səhifə » Xankəndidə “Qarabağ” – MOİK matçı başlayıb

Xankəndidə “Qarabağ” – MOİK matçı başlayıb

Laman Asadli

Xankəndi. AzerPress:

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK (Mərkəzi Ordu İdman Klubu) matçı Xankəndi şəhər stadionunda başlayıb.

AzerPress xəbər verir ki, matçı Azərbaycanın idman camiası ilə yanaşı dövlət və ictimaiyyət nümayəndələri də oyunun keçirildiyi stadiondan izləyirlər.

Qeyd edək ki, kubokun 1/8 final matçı yalnız bir oyundan ibarətdir.

banner

Xatırladaq ki, 19-20 sentyabrda Ordumuzun lokal antiterror tədbiri sonrası qondarma rejim qalıqları ağ bayraq qaldıraraq Azərbaycanın mərkəzi hakimiyyətinə təslim olduqlarını bildiriblər. Beləcə, Azərbaycanda separatizmin kitabı bağlandı. Bununla da artıq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki bütün ərazilər – başda Xankəndi də daxil olmaqla tamamilə Azərbaycanın suveren ərazisi kimi mərkəzi hakimiyyətin nəzarətinə keçib.

Digər Kateqoriyalar

2023 © AzerVoice