Əsas səhifə » Xankəndidə Azərbaycan bayrağının qaldırılması ölkəmizin növbəti zəfəridir – Rufiz Hafizoğlu

Xankəndidə Azərbaycan bayrağının qaldırılması ölkəmizin növbəti zəfəridir – Rufiz Hafizoğlu

Laman Asadli

Bakı. AzerPress:

Antiterror tədbirləri ilə başlayan və sonda Xankəndidə Azərbaycan bayrağının qaldırılması ölkəmizin növbəti zəfəridir.

AzerPress xəbər verir ki, bu sözləri Yeni Azərbaycan TV-yə açıqlamasında Trend BİA-nın baş direktorunun müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

“Eyni zamanda, Azərbaycan Ordusu gücünü bütün dünyaya nümayiş etdirdi. Bu qələbədə xalq və lider bərabərliyi çox önəmli idi. Hesab edirəm ki, Azərbaycan son 200 ildə itirilmiş torpaqlarını bərpa edən yeganə dövlətdir.”, – deyə o, əlavə edib.

banner

R.Hafizoğlu vurğulayıb ki, Azərbaycan müharibədə qalib tərəf olmasına baxmayaraq, Ermənistana sülh təklif etdi və bununla da bir daha bölgədə sabitliyin bərqarar edilməsinin tərəfdarı olduğunu sübut etdi.

“Digər tərəfdən, Ermənistan bu torpaqları işğal altında saxladığı 30 il müddətində terror qruplarının yetişdirilməsi və dünyaya ixracı üçün hər cür işlər görüb. Lakin Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra üç il kimi qısa müddətdə quruculuq işləri görüb və bərpa işlərinə davam edir”, – deyə o, qeyd edib.
Siyasi şərhçi onu da bildirib ki, Fransa prezidenti Emmanuel Makron Ermənistana açıq şəkildə dəstək verir.

“Təəssüflər olsun ki, bu gün Azərbaycana qarşı qeyri-obyektiv münasibətin əsas səbəbi xristian həmrəyliyidir. Buna baxmayaraq, Azərbaycan bütün dünyaya tolerantlıq dərsi verib”, – deyə o, vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice