Əsas səhifə » Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Tasnim İsmixan

Bakı. AzerPress:

İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturnirində daha 3 turun partiyaları keçirilib.

Turnirin mətbuat xidmətindən AzerPress-ə verilən məlumata görə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə IV turun ilk gedişini gənclər və idman naziri Fərid Qayıbov edib.

IV tur

banner

Arjun Eriqaisi (Hindistan) – Teymur Rəcəbov (Azərbaycan) 0-1

Yorden Van Forest (Niderland) – Rauf Məmmədov (Azərbaycan) 0-1

Riçard Rapport (Macarıstan) – Aydın Süleymanlı (Azərbaycan) 0,5-0,5

Boris Gelfand (İsrail)- Vidit Santoş (Hindistan) 0,5-0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan)- Nicat Abasov (Azərbaycan) 0,5-0,5

V tur

Nicat Abasov (Azərbaycan)-Arjun Eriqaisi (Hindistan) 0-1

Vidit Santoş (Hindistan)- Şəhriyar Məmmədyarov (Azərbaycan) 0-1

Aydın Süleymanlı (Azərbaycan)- Boris Gelfand (İsrail) 0,5-0,5

Rauf Məmmədov (Azərbaycan)-Riçard Rapport (Macarıstan) 0-1

Teymur Rəcəbov (Azərbaycan)- Yorden Van Forest (Niderland) 0-1

VI tur

Arjun Eriqaisi (Hindistan)-Yorden Van Forest (Niderland) 0,5-0,5

Riçard Rapport (Macarıstan)-Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5

Boris Gelfand (İsrail) -Rauf Məmmədov (Azərbaycan) 1-0

Şəhriyar Məmmədyarov (Azərbaycan)-Aydın Süleymanlı (Azərbaycan) 0-1

Nicat Abasov (Azərbaycan) – Vidit Santoş (Hindistan) 0,5-0,5

Beləliklə, 6 turdan sonra üç şahmatçının eyni xalı var. Hərəyə 7 xal toplayan Arjun Eriqaisi, Nicat Abasov və Aydın Süleymanlı ilk üçlükdə qərarlaşıb. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş və Rauf Məmmədov 4-7-ci sıralarda yer alıb. Onların 6 xalı var. Hərəyə 5 xalı olan Riçard Raport, Yorden Van Forest və Boris Gelfand turnir cədvəlinin son pillələrindədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice