Bu gün 2023-2024-cü illər mövsümündə ölkəmizdə keçiriləcək voleybol üzrə yarış və turnirlərdə iştirak edəcək hakimlərin seminarı keçirilib.
İdman.biz xəbər verir ki, Voleybol Mərkəzində baş tutan seminarda 40-a yaxın hakim iştirak edib.
Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədrin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev seminar iştirakçılarını salamlayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
E.Zülfüqarov və Z.Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar. Seminarın sonunda hakimlər test imtahanında iştirak ediblər. Hakimlər komissiyası hakimlərin təyinatını testin nəticələrinə uyğun olaraq həyata keçirəcək. Ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-nin Hakimlər komissiyası tərəfindən təyin olunacaq.
Qeyd edək ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.
İdman.biz