Əsas səhifə » Viktor Orban Aİ Şurasına rəhbərlik edə bilər

Viktor Orban Aİ Şurasına rəhbərlik edə bilər

Aytac Suleymanova

Bakı. AzerPress:

Avropa İttifaqı (Aİ)Şurasının prezidenti Şarl Mişel istefaya gedərsə, Macarıstanın baş naziri Viktor Orban Şuranın müvəqqəti prezidenti ola bilər.

AzerPress bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Şarl Mişel Belçika KİV-inə müsahibəsində vəzifəsini vaxtından əvvəl tərk edəcəyinin mümkün olduğunu bildirib. Belə ki, o, 2024-cü ilin iyun ayında Avropa parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.

banner

Jurnalistlər qeyd edir ki, Mişel istefaya gedəcəyi təqdirdə Aİ liderləri onun xələfinin namizədliyi barəsində danışıqlara tez başlamalı olacaq. Razılıq əldə olunmazsa, Aİ Şurasının müvəqqəti prezidenti Viktor Orban olacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice