Əsas səhifə » Venesuela prezidenti ABŞ-la birbaşa danışıqların bərpa olunduğunu açıqlayıb

Venesuela prezidenti ABŞ-la birbaşa danışıqların bərpa olunduğunu açıqlayıb

Narmin Ağayeva

Bakı,  VOA

Venesuela iki ölkə arasında münasibətləri bərpa etmək üçün ABŞ ilə birbaşa danışıqları bərpa edir.

 VOA -in məlumatına görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.

“Mən ABŞ hökumətinin birbaşa dialoqu bərpa etmək təklifini qəbul etdim”, – deyə N.Maduro qeyd edib.

banner

O qeyd edib ki, iyulun 3-də başlayacaq danışıqlarda “milli dialoqun rəhbəri” olan Milli Assambleyanın (Parlament) sədri Xorxe Rodriqes Qomes və “Venesuelanın danışıqlardakı nümayəndəsi” Hektor Rodriqes Kastro iştirak edəcək.

“Biz yeni sazişlərin bağlanması və əvvəllər bağlanmış sazişlərin həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq”, – deyə Venesuela prezidenti bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice