Əsas səhifə » Vaqner döyüşçüləri Putinin şəxsi ordusuna cəlb edilib

Vaqner döyüşçüləri Putinin şəxsi ordusuna cəlb edilib

Azer Voice

Bakı,VOA

Məlumata görə, Kreml muzdlu “Vaqner” şirkətinə tam nəzarəti ələ keçirib.Birləşmiş Millətlər Təşkilatının (BMT) Muzdlu Əsgərlərin İstifadəsi üzrə İşçi Qrupunun üzvü Sorça Makleod Vaqnerin Rusiya dövlətinin müxtəlif səviyyələri tərəfindən nəzarət altına alındığını bildirib və bu açıqlamaları verib: “Vaqner tam oalraq əvvəlki formasında deyil. Birdən çox versiya var. Bu elementlər Rusiya dövlətinin müxtəlif bölmələri arasında paylanır, buna görə də  artıq vahid idarəetmə mərkəzi yoxdur”

Vaqner Qrupu Rusiya üçün geosiyasi və iqtisadi baxımdan son dərəcə vacib idi, ona görə də bəzilərinin iddia etdiyi kimi heç vaxt tamamilə yox olmayacaq.

Böyük Britaniya kəşfiyyat rəsmiləri Vaqner qoşunlarının bir hissəsinin birbaşa Rusiya prezidenti Vladimir Putinə tabe olan Rusiya Milli Qvardiyasına qoşulduğunu iddia edib.

banner

2016-cı ildə yaradılan və “Putinin şəxsi ordusu” kimi xarakterizə edilən bu bölməyə Rusiya liderinin keçmiş cangüdəni Viktor Zolotov nəzarət edir.

Həmçinin “könüllü birliklər” adlandırılan “Vaqner” döyüşçülərinin 6 aylıq müqavilə ilə Ukraynaya və ya 9 aylıq müqavilə ilə Afrikaya göndərildiyi bildiirilir.

Bəzi Vaqner döyüşçüləri Putinə yaxın şəxs olan Çeçenistan lideri Ramazan Kadırovun yanında döyüşmək üçün göndərilib.

Digər tərəfdən, Afrikadakı Vaqner döyüşçülərinin də Rusiya Müdafiə Nazirliyinə bağlı “Afrika Korpusu”na daxil edildiyi bildirilirdi.

“Afrika Korpsu” əvvəllər Rusiyanın hərbi kəşfiyyat xidmətində (QRU) xidmət etmiş general Andrey Aveyanovun nəzarəti altındadır.

ABŞ-da yerləşən Atlantic Council analitik mərkəzindən ekspert Ruslan Trad, Vaqnerin indi “Afrika Korpusuna çevrildiyini və GRU və Müdafiə Nazirliyi üçün işlədiyini” vurğulayıb.

“Afrikada bu əsgərlər eyni işi görürlər, onlar ticarət yollarını qoruyur, Moskvanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi resursları təmin edir, yerli xunta hökumətlərinə xidmət göstərir və miqrant axınına istiqamət verirlər”-deyə o bildirib.

Vaqner üsyanı və Yevgeni Priqojinin ölümü

2022-ci ildə Putinin göstərişi ilə başlayan müharibədə Vaqner Ukraynada əməliyyatlarda mühüm rol oynayıb. Lakin sonradan “Vaqner”in lideri Yevgeni Priqojinlə Rusiya ordusu arasında döyüş sursatı məsələsi gündəmə gəlib.

Gərginlik artdıqca, Vaqner qoşunları iyunun 23-də qiyam qaldıraraq Rusiyanın Cənub Federal Dairəsinin inzibati mərkəzi olan Rostov-na-Dondakı hərbi qərargahı ələ keçirdilər.

Priqojin ilkin olaraq Rostov-na-Donudan əsgərləri ilə Moskvaya gedəcəklərini bildirmişdi. Lakin sonradan iyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenkonun təklif etdiyi gərginliyin azaldılması planını qəbul edən Priqojin qoşunları geri göndərməklə üsyana son qoydu.

İki ay sonra, avqustun 23-də Priqojin və onun sağ əli Dmitri Utkin də daxil olmaqla 10 nəfərin olduğu təyyarədə partlayış baş verib və qəzadan heç kim sağ çıxmayıb.

Hadisədən sonra bütün gözlər Putinə çevrilib və Kremlin sözçüsü Dmitri Peskov baş verənlərə görə Moskvanın məsuliyyət daşımadığını iddia edib.

Oktyabr ayında verdiyi açıqlamada Putin araşdırmalar nəticəsində təyyarə qalıqları içərisində cəsədlərdə əl qumbarası hissələrinin tapıldığını və partlayışın onların partladılması nəticəsində baş verdiyini iddia etmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice