Əsas səhifə » “Vahid Rusiya” partiyası prezident seçkilərində Putinin namizədliyini dəstəkləyib

“Vahid Rusiya” partiyası prezident seçkilərində Putinin namizədliyini dəstəkləyib

Tasnim İsmixan

Bakı. AzerPress:

“Vahid Rusiya” Ümumrusiya siyasi partiyasının qurultayı 2024-cü ildə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin özünün namizədliyini irəli sürməsini yekdilliklə dəstəkləyib.

AzerPress-in məlumatına görə, bu barədə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “Rusiya” forum-sərgisində Vahid Rusiyanın 21-ci Konqresi zamanı bildirilib.

Tədbirdə cəmi 551 nümayəndədən 492-si iştirak edir.

banner

“Yekdilliklə qəbul edilib” – deyə Partiya sədri Dmitri Medvedev qurultayın qərarını elan edib. Səsvermə açıq rejimdə keçirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice