Əsas səhifə » Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib

Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib

Laman Asadli

Bakı, AzerPress:

Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən bir şəxsiyyət olmuşdur.

AzerPress xəbər verir ki, dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən Ulu Öndər, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmışdır.

Həyat və fəaliyyətini Azərbaycanın inkişafı, müstəqilliyinin qorunmasına sərf etmiş Ümummilli Lider Heydər Əliyevi xalqımız hər zaman böyük hörmətlə anır. Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları arasında ayriseçkilik qoymur, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dəstək verirdi. Bütün bunlar onun milli mənəviyyatına bəslənən sevgisinin, dindarlara olan qayğısının və min illər boyu formalaşan tolerantlıq ənənələrinə hörmətinin təzahürü idi.

banner

12 dekabrda, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev və bir qrup Quba rayonundan olan din xadimləri Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice