Əsas səhifə » Ümummilli lider Heydər Əliyev uzaqgörən lider idi – Cahit Bağcı

Ümummilli lider Heydər Əliyev uzaqgörən lider idi – Cahit Bağcı

Laman Asadli

Bakı, AzerPress:

Ümummilli lider Heydər Əliyevi vəfatının 20-ci il dönümündə ehtiramla yad edirik.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

“Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu, hər sahədə yürütdüyü siyasətlə uzaqgörən bir lider idi. Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ümummilli liderin Türkiyə ilə qurduğu siyasət Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla birgə ən yüksək səviyyəyə çatıb. Bu əlaqələr bizə Heydər Əliyevdən miras qalıb”, – deyə səfir bildirib.

banner

Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Digər Kateqoriyalar

2023 © AzerVoice