Əsas səhifə » Ümumi prinsiplər razılaşdırılıb, bu prinsipləri kağız üzərində təsdiqləmək lazımdır

Ümumi prinsiplər razılaşdırılıb, bu prinsipləri kağız üzərində təsdiqləmək lazımdır

Yamin Savalanli

Bakı. AzerVoice:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün hesab edir.

AzerVoice Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə deyib.

Onun sözlərinə görə, tərəflər ümumi prinsipləri artıq razılaşdırıb, artıq bu prinsipləri kağız üzərində təsdiqləmək lazımdır.

banner

Ermənistanın baş naziri bildirib ki, sülh sazişini istənilən gün imzalamaq olar və hər gün əla imkandır.

“İşlərin tamamlandığını görən kimi sülh sazişini imzalaya bilərik, yeri, vaxtı və s. əlavə olaraq müzakirə edəcəyik”, – deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün – Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərinin – Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice