Əsas səhifə » Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticə verdi – Zelenski

Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticə verdi – Zelenski

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticə verdi.

AzerVoice xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən “Ukrayna 2024 Müstəqillik Forumu”ndan sonra keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsinə qarşı əməliyyatına toxunan Zelenski, ictimaiyyətin Ukraynanın bu addımından xəbəri olmadığı üçün əməliyyatın uğurlu keçdiyini iddia edib.

banner

Zelenski bildirib ki, Kursk əməliyyatı nəticəsində onlar Rusiyanın Xarkov vilayətinə hücumlarının qarşısını alıblar.

“Ukraynanın ilk ballistik raket sınağı müsbət nəticə verdi. Bu məsələ ilə bağlı hərbi sənaye kompleksimizi təbrik edirəm.” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice