Əsas səhifə » UÇAKSAN regional sərnişin təyyarəsi hazırlayıb

UÇAKSAN regional sərnişin təyyarəsi hazırlayıb

Aytac Suleymanova

Bakı. AzerPress:

Təlim və ümumi təyinatlı TROY T400 təyyarəsini hazırlayan türk aviasiya şirkəti UÇAKSAN, bu dəfə regional sərnişin təyyarəsi hazırlayıb.

AzerPress-in məlumatına görə, UÇAKSAN, geniş gövdəli regional sərnişin təyyarəsi yaratmaq üçün Dragut Layihəsini həyata keçirib. Layihənin məqsədi aşağı texniki xidmət xərcləri, sərfəli yanacaq sərfiyyatı ilə geniş gövdəli təyyarə yaratmaq idi.

Bu çərçivədə sərnişin daşıma vəzifəsi üçün 19 nəfər tutumlu bir təyyarə dizayn edildi. Bu missiyaya əlavə olaraq, təyyarənin yanğınsöndürmə, yük və hərbi daşıma kimi rolları yerinə yetirməsi planlaşdırılırdı.

banner

Regional sərnişin təyyarəsinin qanadlarının uzunluğu 15,33 metr, hündürlüyü 4,58 metr və qanad sahəsinin 25 kvadratmetr olacağı gözlənilir.

Təyyarənin maksimum uçuş çəkisi 7 min 700 kiloqram olacaq və 3 min 700 kiloqram yük daşıya bilər. Maksimum sürəti saatda 480 kilometr, kruiz sürəti isə 420 kilometr olan təyyarə 2 min 200 kilometr məsafəni qət edə biləcək.

UÇAKSAN baş meneceri Emre Balcı bildirib ki, ilk olaraq iki nəfərlik təlim təyyarəsi layihəsinin dizaynı və istehsalı ilə başlamışıq, sonrakı mərhələlərdə bu təyyarəni dörd nəfərlik təyyarəyə çevirdik.

“Təyyarəmiz analoqlarına nisbətən daha geniş gövdə ilə dizayn edilib. Məqsədimiz regional təyyarə sektorundakı boşluğu yerli təyyarə ilə doldurmaq idi. Təyyarəmiz sərnişin təyyarəsi ilə yanaşı, yük təyyarəsi, yanğınsöndürmə təyyarəsi, təcili yardım kimi də istifadə edilə bilər. Layihənin ilkin konsept dizaynları tamamlanıb. Təfərrüatlı dizaynlara başlanılacaq. İnvestisiya büdcəsini təmin etsək, layihəni yenidən canlandırmağı planlaşdırırıq”,- deyə baş menecer vurğulayıb.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice