Əsas səhifə » TÜRKSAT 6A-nın tamamlanmasıyla Türkiyə rabitə peyki istehsal edən 10 ölkədən biri olacaq – Kacır

TÜRKSAT 6A-nın tamamlanmasıyla Türkiyə rabitə peyki istehsal edən 10 ölkədən biri olacaq – Kacır

Laman Asadli

Bakı, AzerPress:

Sınaq mərhələsi davam edən TÜRKSAT 6A peykinin 2024-cü ildə tamamlanmasıyla Türkiyə rabitə peyki istehsal edə bilən 10 ölkədən biri olacaq.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl texnologiyalar üzrə naziri Sarah Əl Amiri ilə görüşü zamanı deyib.

“BƏƏ-nin kosmos vizyonu ölkənin inkişafını dəstəkləməklə yanaşı, tədqiqat və istehsal potensialını artırır, həmçinin, mühüm beynəlxalq əməkdaşlıqlara imkan verir. Kosmos sahəsində birlikdə həyata keçirdiyimiz layihələr və əməkdaşlıq yenidən iki ölkənin iqtisadiyyatına və ekosisteminə müsbət təsir göstərəcək”, – deyə o əlavə edib.

banner

Bundan əlavə, Kacır çıxışı zamanı iki ölkənin dinamik iqtisadiyyata və zəngin tarixə malik olduğunu, 2030-cu ilə qədər kosmos iqtisadiyyatı həcminin 1 trilyon dollara çatacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice