Əsas səhifə » Türklər İslamın, İslam isə türklərin qılıncı olub – Ərdoğan

Türklər İslamın, İslam isə türklərin qılıncı olub – Ərdoğan

Laman Asadli

Bakı, AzerVoice:

Türklər İslamın, İslam isə türklərin qılıncı olub.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Diyanət Akademiyasının 1-ci Dövrü Diyanət Məmurları Namizədlərinin məzuniyyət mərasimində iştirakı zamanı deyib.

”Əvvəl baş nazir, sonra prezident olaraq akademiyada baş verən bütün hadisələri yaxından izlədik. Bu gün ilk məzunları görməyə şadıq. 4 min 537 namizəd din xadimimizi təbrik edirəm”,- deyə o bildirib.

banner

Müxalifətə, “Millətin bütün qədim dəyərlərini geriliyin əlaməti kimi gördülər, xalqımızın geyiminə görə ayrı-seçkilik etdilər” deyərək reaksiya verən Ərdoğan qeyd edib ki, müxalifət lideri dini təhsili qəflət olaraq görür.

“Millətimizi yaşadan tarixi və bəşəri-mədəni dəyərləri məhv etmək istəyirlər. Burada məqsəd millətin bünövrəsini məhv etmək və sarsıda bilməyəcəkləri qalanı içindən yıxmaqdır. Akademiyanın yaradılması ilə dini icmamız həm peşədən əvvəl, həm də peşədən sonra yüksək təchizatlı bir struktur qazandı. 2002-ci ildə Diyanət Akademiyasını işə saldıq. 1976-cı ildən ixtisasartırma şəraitində üç ilə qədər davam edən ixtisas hazırlığı qanunvericilik çərçivəsinə salınıb. Biz Diyanət İşləri üzrə bütün təlimləri vahid şəkildə topladıq. Dini xidmətlərin maarifləndirilməsini daha da artıracağıq”,- deyə Ərdoğan vurğulayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice