Əsas səhifə » Türklər nə üçün Anadoluya gəldilər?

Türklər nə üçün Anadoluya gəldilər?

admin

Bakı,AzerPress
Böyük Səlcuqlu dövləti yaranmazdan əvvəl ayrılmış bəzi tayfalar Azərbaycana, Cənub-Şərqi Anadoluya və İraqa köç etmişdilər.
Göktaş, Buka, Mənsur və Anasıoğlunun idarəsindəki türkmənlər Cizrə v,Diyarbəkir və Mosulu ələ keçirsələr də, uzun müddət orada hökmranlıq edə bilməyib Azərbaycana qayıtdılar.
Özlərinə vətən, heyvanlarına otlaq axtaran türkmən kütlələri Böyük Səlcuqlu torpaqlarına gəlməkdə davam edirdi. Səlcuqlar türkmənlərlə qarşıdırma olmaması və otlaq qıtlığı olmaması onları üçün Anadoluya göndərdilər.
Türklər Suriya və İraqa gedib məskunlaşsalar da, ölkələrin daxili bölgələrinə girmirdilər.
Bu bölgələrin iqlim və otlaq şəraitinin heyvanları üçün uyğun olmaması türklərin bu ərazilərdə geniş yayılmasının qarşısını alırdı.
Fransız əsilli islamşünas Klod Kaen öz qeydlərində yazırdı ki , türklərin Mesopotamiya və Suriyada əsl məskunlaşmamasına baxmayaraq , hərbi dominant təbəqə kimi qalmasının səbəbini bu bölgədə bədəvi və kürd çobanlarının olması və türk dəvələrinin isti iqlimə uyğunlaşa bilməməsi ilə izah edirdi.
Anadolu isə iqlimi və geniş otlaqları ilə türklərin yaşayışı üçün əlverişli idi. Eyni zamanda Anadolunun sıx əhalisinin olmaması və türklərə müqavimət göstərəcək güclü hərbi təşkilatın olmaması da türkmənləri buraya gəlməyə sövq edən amillərdən idi.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice