Əsas səhifə » Türklər Anadoluya ilk dəfə nə vaxt gəliblər?

Türklər Anadoluya ilk dəfə nə vaxt gəliblər?

admin

Bakı, AzerPress

Türklərin Anadoluya gəlişini eramızdan əvvəl 3000-2000-ci illərə bağlayanlar olsa da, bu iddialar tarixçilər arasında birmənalı qarşılanmır. Türklərin Anadoluya ilk gəlişi IV. əsrin sonlarına doğru Qərbi Hunlar (Avropa Hunları) tərəfindən həyata keçirilmişdir.

Hunlar Balkanlardan keçərək Trakyaya doğru irəlilədikləri zaman, Qərbi Hunların bir hissəsi Qafqaz dağlarını keçərək Anadoluya daxil oldular.

Kursık və Basık adlı iki komandirin rəhbərlik etdiyi hun süvariləri Ərzurumu keçərəkl Malatyaya çatdılar, onlar Çukurovaya enərək Urfa və Antakyanı mühasirəyə aldılar, ancaq qalalara girə bilmədilər.

banner

Qüdsə gedən hunlar burada çox qalmayaraq 396-cı ildə Qafqaza qayıtdılar.

İki il sonra yenidən Anadoluya qayıtsalar da, bu bölgədə məskunlaşmağa cəhd etmədilər. Hunlardan sonra türklərin Anadoluya ikinci gəlişi Sabarilərlə oldu.

İdil, Don və Kuban çayları arasındakı bölgədə dövlət quran Sabar türkləri, VI əsrdə Qafqazın cənubuna qədər olan torpaqları ələ keçirdilər. Daha sonra Kayseri, Konya və Ankaraya güclü basqınlar təşkil olundu.

Səlcuqlar Qaraxanlılar və Qəznəvilər qarşısında dayana bilməyəyərək, 1018-ci ildə Çağrı bəyin başçılığı ilə 3000 süvari ilə böyük məsafələri və müxtəlif təhlükələri qət edərək Şərqi Anadoluya səfər etdilər. Onlar Azərbaycanda rastlaşdığı türkmənləri özləri ilə götürüb Van gölü ərazisini birlikdə ələ keçirdilər.

Bu uğurlu basqından sonra Çağrı bəy yenidən uzun məsafələr qət edərək Buxaraya qayıtdı.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice